Atatürk prospektində, Gold Ticarət və Biznes Mərkəzində 80 kv.m sahəsi olan, 3 otaqlı ofis icarəyə verilir.
Ofis şirkət fəaliyyəti, idarəetmə və müxtəlif biznes sahələri üçün əlverişlidir. Mövcud mebel və arakəsmələr şirkətə məxsusdur. İcarəçi əlavə ödəniş etməklə ofisdəki əşyaları və arakəsmələri saxlaya bilər.
Atatürk prospektinin əlverişli mövqeyində yerləşməsi, ətrafında banklar, ticarət obyektləri, iaşə məkanları və digər biznes infrastrukturlarının olması ofisin üstünlüklərindəndir. Şəhərin əsas istiqamətlərinə rahat nəqliyyat çıxışı mövcuddur.